Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu ölkə üzrə ÜOMG-yə görə ən yüksək nəticəni əldə edib.
Unikal.org xəbər verir ki, İqtisadiyyat fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasının məzunu Eltac Rəcəbov 99,84 bal toplayaraq, ölkənin digər universitetlərinin məzunları arasında da Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) görə birinci yeri tutub.
Universitetin ənənəsinə uyğun olaraq, E.Rəcəbov ən yüksək bal (98.53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov Eltac Rəcəbovla görüşərək, onu ən yüksək nəticə əldə etməsi və məzun adını qazanması münasibətilə təbrik edib. Ona gələcək fəaliyyətində uğurlar arzulayaraq, vətəninə, xalqına layiqli vətəndaş olmağı, harda təhsil almasından və çalışmasından asılı olmayaraq vətənini layiqincə təmsil etməyi tövsiyə edib.
Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran E.Rəcəbov UNEC məzunu olması ilə qürur duyduğunu ifadə edib. E.Rəcəbov UNEC-də tələbələrin yüksək bilik əldə etmələri üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə, eləcə də müəllimlərinə təşəkkürünü bildirib.
Sonra E.Rəcəbova 2019/2020-ci tədris ilində UNEC-in ən yüksək bal toplayan məzunu olduğu üçün plaket təqdim olunub.
Qeyd edək ki, E.Rəcəbov 4 illik təhsili müddətində davamlı olaraq, UNEC-in TOP 15 təqaüdünü qazanıb. Magistratura təhsilini Almaniyada almağı planlaşdıran E.Rəcəbov Almaniya höküməti tərəfindən maliyyələşdirilən DAAD təqaüdünü d