Rusiyanın Çelyabinsk vilayətində quş qripi infeksiyası aşkar edilib.
Unikal.org xəbər verir ki, infeksiya ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrində karantin tətbiq edilib.
Qeyd olunur ki, mütəxəssislər 1 vəhşi ördək və 4 ev qazında H5N8 virusunun aşkar olunduğunu təsdiq edib.
Hazırda bununla əlaqədar olaraq yaşayış məntəqələrində quşların uçotu aparılır.