Alman mütəxəssislər tərəfindən “CityAirbus” adlı uçan taksi ixtira edilib.
Unikal.org xəbər verir ki, 4 sərnişinlə 100 kilometrə qədər məsafə qət etmək gücündə olan taksilər məsafədən idarə olunur. Elektrik enerjisi ilə işləyən “CityAirbus” saatda 120 kilometr sürət yığır.
İxtiraçılar ümid edirlər ki, yaxın gələcəkdə sözügedən taksilər şəhərlər arasında da uçuş edə biləcək. Dörd pərli avtomobil sürücüsüz hərəkət edir. Hələlik praktiki olaraq istifadəyə buraxılmayıb.
Qeyd edək ki, bu taksilərin 2019-cu ilin dekabr ayında ilk uçuşu uğurla keçirilib. Lakin onların nə vaxt istifadəyə veriləcəyi barədə dəqiq tarix göstərilməyib.