İspaniyanın keçmiş kralı I Xuan Karlos xaricdəki maliyyə hesablarının mənbəyi haqqında korrupsiya araşdırması fonunda ölkədən gedib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hökmdarın hansı ölkəyə getməsi məlum deyil.
O, bundan əvvəl rəsmən İspaniyanı tərk etmək niyyətini elan edib.
Daha əvvəl məlum olub ki, İspaniya Prokurorluğu vergi cinayətlərində və çirkli pulların yuyulması ittihamı üzrə sabiq kral I Xuan Karlosun işini araşdırır.