İngiltərənin şimal-qərbindəki Stokport şəhərində “McDonald’s” restoranı 5 əməkdaşın koronavirusa yoluxması ilə əlaqədar bağlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şirkət test nəticələrindən sonra həmin restoranı müvəqqəti bağlamaq qərarına gəlib.
Qeyd olunur ki, koronavirus testi müsbət çıxmış şəxslər karantinə alınıb. Onların sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib. Digər işçilərə də özünütəcrid rejiminə keçmək tövsiyə olunub.