Livanda baş verən partlayışla bağlı ölkədə matəm elan olunub.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş Naziri Həsən Diyab Beyrutdakı güclü partlayış səbəbindən çərşənbə gününü ölkədə matəm elan edib.
Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayışlar baş verib.
Partlayış nəticəsində ölənlər arasında məmurlar, diplomatlar da var. Belə ki Livanın Kataib partiyasının lideri Nizar Nadjaryan Beyrutdakı partlayış nəticəsində ölüb.