Livanın paytaxtı Beyrut şəhərində dəniz limanında baş vermiş partlayış nəticəsində bir sıra vəzifəli şəxslər ölüb və ya xəsarət alıblar.

Unikal.org “TASS”a istinadən xəbər verir ki, Livanın Kataib partiyasının lideri Nizar Nadjaryan Beyrutdakı partlayış nəticəsində ölüb.

Rusiya Federasiyasının Livandakı Səfirliyinin binasına da maddi zərər dəyib. Partlayış nəticəsində binanın fasad hissəsindəki şüşələr və qapılar qırılıb. Səfirliyin bir əməkdaşı xəsarət alıb. Qadına tibbi yardım göstərilib.

“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində Qazaxıstanın Beyrutdakı diplomatik missiyasının binasına zərər dəyib. Konsul yüngül xəsarət alıb.