Qazaxıstanın Livandakı konsulu Baqlan Spabek Beyrutda baş vermiş partlayış nəticəsində xəsarət alıb.
Unikal.org xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı diplomatik nümayəndəliyin binasına ciddi zərər dəyib.
Xatırladaq ki, Livanın paytaxtı Beyrutda baş vermiş iki güclü partlayış nəticəsində 40-dan çox insan ölüb, azı iki min nəfər yaralanıb.