Bolqarıstanda tətildə koronavirusa yoluxan turistlərin yemək və tibbi xərcləri ödənilə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bolqarıstan Turizm Nazirliyi ölkədə səyahət zamanı COVID-19-a yoluxan turistlər üçün məcburi karantin zamanı yaşayış və yemək xərclərini ödəməyi təklif edib.

Otelçilərlə razılaşdırılaraq “Sunny Beach” və “Golden Sands” kurortlarında turistləri karantin üçün qəbul edəcək otellər artıq müəyyən edilib.