Türkiyə kurortlarında “COVID-19”a yoluxanların sayı kəskin artıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Koca özünün “Twitter” səhifəsində yazıb.
“Son günlər ilk dəfə olaraq yoluxanların sayında ciddi artım müşahidə olunur , - deyə nazir yazıb.
Məmurun sözlərinə əsasən, Türkiyə təhlükəli nəticələrə yol verməmək üçün əlindən gələni etməlidir.