Ermənistanda koronavirusa yoluxma, eləcə də bu virusdan və COVID-19 virusuna yoluxmuş xəstələrin naməlum səbəblərdən ölüm halları artmaqda davam edir.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, son 24 saat ərzində Ermənistanda daha 288 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 min 586-ı olub.

Ermənistanda pandemiyadan ölənlərin sayı isə 770-ə çatıb.

Yerli mətbuatının yazdığına görə, başqa səbəblərdən ölən koronavirus xəstələrinin sayı minlərlədir.

Təkcə avqust ayının ilk günlərində 1000 (min) nəfərdən çox COVID-19 xəstəsi başqa səbəblərdən dünyasını dəyişib.

Qeyd olunur ki, avqustun 4-də və 5-də hər gün 228 nəfər, əvvəlki günlərdə isə 200, 221 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Koronavirusdan ölüm sayının azaldılması ölkə iqtidarının maraqlarına xidmət edir.

Siyasi analitiklərin fikrincə, əslində, Ermənistan iqtidarı bu yolla koronavirusdan ölənlərin sayını gizlətməyə çalışır.

Bildirilir ki, hazırda Ermənistanda 7 min 738 aktiv koronavirus xəstəsi var. Lakin bu rəqəm də həqiqəti əks etdirmir. Aktiv xəstələrin sayının daha çox olduğu vurğulanır.