Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayın “müxalifyönümlü” insan olduğunu hesab edir.

Unikal.org xəbər verir ki, bu barədə ukraynalı jurnalist Dmitriy Qordon Belarus lideri ilə müsahibəsindən sonra bəyan edib.

Qordonun fikrincə, atası ilə birlikdə müxtəlif ölkələrə getdiyi və bir çox dövlət başçıları ilə ünsiyyətdə olduğu üçün 16 yaşlı Nikolayın özünün dünyagörüşü formalaşıb. 

“O, ümumiyyətlə hakimiyyətə müxalif köklənib”, - deyə jurnalist “Ukrayna 24” telekanalının efirində bildirib.

Qordonun sözlərinə əsasən, Lukaşenko Nikolaya sakit həyat arzuladığı üçün oğlunu prezident postundə qəti görmək istəmir.