Avropa İttifaqı Beyrutdakı partlayışdan sonra ölkənin yenidən qurulması üçün Livana təcili olaraq 33 milyon avro yardım ayırır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
O, Livanın Baş Naziri Həsən Diab ilə telefon danışığında bu barədə məlumat verib.
Aİ rəsmisi bildirib ki, sonrakı yardımın verilməsi ilə bağlı qərarı Avropa Komissiyası yerdəki humanitar vəziyyətə uyğun olaraq qəbul edəcək.
Belə ki, avqustun 5-də Aİ yardım üçün Livana yüzdən çox mütəxəssis və tibbi avadanlıq göndərib.
Bundan əlavə, Avropa Komissiyasının rəhbəri və Livanın Baş Naziri ölkənin yenidən qurulması prosesində Aİ-nin uzun müddətli yardım göstərməsini müzakirə ediblər.