Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org  apa-ya istinadən xəbər verir ki,  hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin kombaynla toqquşması nəticəsində minik maşınının sürücüsü - 23 yaşlı Çağırqanov Elnur və sərnişini 22 yaşlı Ləman Süleymanzadə hadisə yerində ölüblər. Məlumata görə, hadisə zamanı ölən sürücü Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.