Şabran sakininin avtomobilindən beşbarmaq və bıçaqlar götürülüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Qədirovun idarə etdiyi “VAZ-2112” markalı avtomobilə baxış zamanı oradan metamfetamin, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.