Dünyada ən yüksək göstərici olan 54.4 dərəcə isti Kaliforniyadakı Ölüm Vadisi Milli Parkında qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu temperatur ABŞ Milli Hava Xidməti tərəfindən təsdiqlənib.
İsti hava səbəbindən Kaliforniyada elektrik enerjisinin verilişi iki günlük dayandırılıb. Elektrik şəbəkəsi rəhbərliyi bölgədə 3-cü mərhələ fövqəladə vəziyyət elan edib. Bölgənin elektrik enerjisinə olan tələbatı əsasən günəş və küləkdən asılı olduğundan, eynilə insanlar kondisionerdən çox istifadə etdiyindən elektrik infrastrukturu böyük təzyiq altındadır.Tələbatı idarə etmək üçün səlahiyyətlilər planlı elektrik kəsintiləri həyata keçirəcəklər.
Qeyd edək ki, bundan əvvəlki rekord da 2013-cü ildə Ölüm Vadisində 54 dərəcə olaraq qeydə alınmışdı.