“Barselona”nın idarə heyətinin üzvü Xavier Bordas komandadakı gələcəyi müzakirə edilən Lionel Messi ilə bağlı açıqlama verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, argentinalı hücumçunun ayrılmayacağına ümid etdiyini bildirib:
“Messinin komandadan ayrılmaq istəməyəcəyinə ümid edirik. Ayrılmaq istəsə, onu getməməyə razı salmağa çalışacağıq. Amma buna ehtiyac olmayacağına əminəm”.