Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasında çıxış edən Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib.
Unikal.org xəbər verir ki, 35 yaşlı hücumçu "Əl-Əhli" ilə matçın 12-ci dəqiqədə huşunu itirib.
Fransız futbolçu həkimlərin müdaxiləsindən sonra qarşılaşmaya davam edib və onun komandası 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Bafetimbi Qomis 2017/2018 mövsümündə Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edib. O, həmin dönəmdə "Kasımpaşa" ilə matçda da eyni aqibətlə üzləşib.
Xatırladaq ki, Qomis ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında yerə yıxılıb və həkimlər ona huşunu itirmə diaqnozu qoyub.