Səbail Rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Unikal.org xəbər verir ki, təqdimata hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılıb.
Qərara əsasən, təqdimat təmin edilib və İ.Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
Həmçinin digər vəzifəli şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin artırılması barədə təqdimatlar təmin edilib.
****
12:02
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimat ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər.
Unikal.org xəbər verir ki, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılaraq qərar qəbul ediləcək.