Səhiyyə naziri Oqtay Şirəliyev növbəti kadr dəyişikliyi edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, O.Şirəliyevin əmri ilə, Mahir Səfərov Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru təyin olunub. O, bu təyinata qədər Stomotoloji Mərkəzdə çalışıb. m. Səfərov tibb üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının əvvəlki direktoru Alqış Səfərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Hüseyn İsgəndərov