Xarkovda An-26 təyyarəsinin qəzaya uğraması səbəbindən sentyabrın 26-sı vilayətdə matəm günü elan olunub.
Unikal.org-un məlumatına görə, bu barədə “RİA Novosti” vilayət administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Matəm günü Xarkovdakı bütün dövlət qurumlarında, müəssisə və təşkilatlarında bayraqlar endiriləcək və onların üzərinə matəm lenti qoyulacaq. Yerli idarəetmə orqanlarına da analoji tədbirlər görmək tövsiyə edilib.
Qeyd edək ki, göyərtəsində kursantların olduğu təyyarənin qəzaya düşməsi nəticəsində 25 nəfər dünyasını dəyişib.