Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı İqor Dodonla telefon danışığı aparıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Admnistrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.
Məlumata görə, tərəflər Türkiyə-Moldova əlaqələrinin genişləndirilməsini və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan söhbətin gedişatında Türkiyə ilə Moldova arasındakı münasibətləri strateji tərəfdaşlıq ruhunda hərtərəfli inkişaf etdirmək əzmini dilə gətirib.