İngiltərənin paytaxtı Londonun mərkəzində minlərlə etirazçı koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş sərt məhdudiyyətlərin götürülməsi tələbi ilə icazəsiz aksiya keçirib.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, karantin rejiminin pozulması səbəbindən polis aksiyaya müdaxilə edib.
Etirazçılarla polis arasında yaranan qarşıdurmada hər iki tərəfdən xəsarət alanlar olub.
“Scotland Yard”ın xəbərinə görə, 4 hüquq-mühafizə əməkdaşı yaralanıb. Dəyənək xəsarətləri alan bir neçə fəal təcili tibbi yardıma müraciət edib.
Qeyd edək ki, polis tərəfindən 10 nəfər etirazçı saxlanılıb.
Xatırladaq ki, keçən həftə Londonda keçirilən analoji aksiya zamanı isə 32 nəfər saxlanılmışdı.