Türkiyədən 504 həkimin Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla əlaqədar arxa cəbhədə könüllü xidmət etmək üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna etdiyi müraciət qəbul olunub.
Bu barədə Unikal.org-a Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, həkimlərin müraciətləri Bakıya aidiyyəti qurumlara yönəldilib.
Qeyd edək ki, ötən gün “Türk həkimlər birliyi” platforması arxa cəbhədə xidmət etmək üçün “Qarabağ üçün könüllü ol” layihəsi çərçivəsində könüllü 504 həkimin müraciətini Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayevaya təqdim edib.