Ermənistanda yüksək rütbəli məmurların fərarilik etdikləri məlum olub.
Unikal.org xəbər verir ki, bu barədə Qondarma Dağlıq Qarabağ hökumətinin “rəhbəri” Araik Arutyunyanın “Facebook” səhifəsində məlumat paylaşılıb. Səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar.
Qondarma rejimin işdən çıxarılan məmurlarının siyahısı belədir:
“Prezident”in köməkçisi Rudik Martirosyan
“Baş Prokurorun müavinləri” Erik Verdiyan və Sasun Qabrielyan
“Dövlət Statistika Şurasının üzvü” Armen Soqomonyan
“Mərkəzi Seçki Komissiyasının üzvü” Yeqişe Soqomonyan
“Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini” Arkadi Soqomonyan,
“Şəhərsalma və arxitektura nazirinin müavini” David Avanesyan
“Təhsil və elm naziri” Erik Qriqoryan
“Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri” Qagik Ayrapetyan
“Prezidentin inzibati işlər üzrə köməkçisi” Artak Arstamyan
Həmçinin, bildirilib ki, işdən çıxarılan vəzifəli şəxslər biabırçı davranışlarına görə qanun çərçivəsində digər sanksiyalarla da üzləşəcəklər.