Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə iştirak edən hərbçinin beş yaşlı qızı Safiya Həsənzadənin kəskin limfoblast leykozdan əziyyət çəkdiyi və təcili köməyə ehtiyacı olduğunu barədə məlumat vermişdik.
Unikal.org xəbər verir ki, azərbaycanlı iş adamı Anar Əlizadə hərbçimizin övladının müalicə xərclərini öz üzərinə götürməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, kəskin limfoblast leykoz təhlükəli bədxassəli qan sistemi xəstəliyidir. Xəstəlik sümük iliyi, limfa düyünləri, dalaq, digər orqanların zədələnməsi ilə baş verir.