Ermənistanın daha bir yalanı ifşa olunub.

Belə ki, ermənilərin Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevin həlak olması barədə məlumatı saxta çıxıb.

Müdafiə Nazirliyiindən Unikal.org-a bildiriblər ki, Hafiz Ağayev sağdır, hazırda xidmətini davam etdirir.

Qeyd edək ki, Ermənilər tərəfində Hafiz Ağayevin olduğu maşınıın dörd gün əvvəl minaya düşdüyü xəbəri yayılmışdı.