Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 16 saylı Regional İdarəsinə yeni idarə müdiri təyin edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Habil Alıyev təyin olunub.
Qeyd edək ki, adıçəkilən idarənin əhatə dairəsinə mərkəzi Saatlı şəhəri olmaqla Saatlı, Sabirabad, İmişli və Cəbrayıl rayonları aiddir.
Famil Fərhadoğlu