Xarici işlər naziri Ceyhun Bayramovun tvitter hesabı yenidən aktivləşib. 

***02:19

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabı bloklanıb.

Unikal.org xəbər verir ki, müharibə şəraitində olan ölkənin XİN rəhbərinin hesabının bloklanması azərbaycanlı istifadəçilərin etirazına səbəb olub.

Belə ki, nazir  Azərbaycana qarşı olan erməni təxribatı və siyasi fəaliyyəti ilə bağlı operativ olaraq məlumatlar paylaşırdı. Belə durumda XİN rəhbərinin hesabının bloklanmasın səbəbi qaranlıq olaraq qalır. Qeyd edək ki, “Twitter” istifadəçiləri kütləvi aksiya başladıblar və sosial şəbəkənin texniki heyətinə müraciət ünvanlayıblar ki, müharibə aparan ölkənin xarici İşlər nazirinin rəsmi hesabının bağlanması səhvdir.

Bildirək ki, Ceyhun Bayramovun tvitterdə 77 min izləyicisi var.