Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti Bakı şəhəri Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayılan məlumatla bağlı açıqlama yayıb.
Unikal.org-a daxil olan məlumatda deyilir:
“Paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.
Bununla əlaqədar vətəndaşlara belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə minnətdarlığımızı bildiririk”.