Noyabrın 5-də milklət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn formatda qəbulunu keçirib. Telefon vasitəsilə millət vəkili ilə əlaqə saxlayan sakinlər problemləri barədə deputata məlumat veriblər. Əsasən sosial və şəxsi məişət problemləri ilə bağlı müraciətlər çoxluq təşkil edib.
Unikal.org xəəbər verir ki, hər bir müraciət qeydiyyata alınıb. Bəzi məsələlər yerindəcə öz müsbət həllini tapıb. Yardıma ehtiyacı olanlara yerində müvafiq yardımlar edilib.
Bu çətin günlərdə də millət vəkilinin hər həftə onlarla onlayn formatda əlaqə saxlamasına və problemləri ilə maraqlanmasına görə öz təşəkkürlərini bildiriblər.
Məluman üçün bildirək ki, Novruz Aslanov COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətləri nəzərə alaraq seçiciləri ilə onlayn qəbullar keçirir.