Bakıda sürücü komendant saatını pozub.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

O qeyd edib ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, BMV markalı avtomobil “Koroğlu” metrostansiyası yaxınlığında komendant saatı ilə bağlı qurulan postda polisin “dayan” əmrinə tabe olmayıb. Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib.