Daha bir hərbçi tarixçəmiz var. Ailənin yeganə oğlu, bacısının bircə qardaşıdır Abdulla. Yolunu həsrətlə gözləyən bir nişanlısı da var.
Unikal.org xəbər verir ki, Həkəri çayında əl-üzünü yuyan zaman dostuna "Məni çəkmə anam elə bilir ki, Bakıdayam"- deyən qəhrəmanımızın videosu sosial şəbəkələrdə geniş yayılaraq, hər kəsin marağına səbəb olub.
Xəzər TV-nin əməkdaşları övladının cəbhəyə yollandığından xəbərsiz olan ana, həmçinin, ailənin digər üzvləri ilə həmsöhbət olublar.