Taylandda Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəliyi önündə etiraz aksiyası keçirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar monarxiyanın tənqid edilməsinin yasaqlanması ilə bağlı yeni qanunun ləğvini tələb ediblər.
Bir müddət öncə qəbul olunmuş qanuna görə, Tayland Krallığı ərazisində monarxiyaya qarşı tənqid səsləndirmək cinayət hesab olunur. İnsan Hüquqları Günündə aksiyaçılar BMT nümayəndəliyi önünə toplanaraq bu qanuna etirazlarını bildiriblər.
Polis gözyaşardıcı qaz istifadə edərək aksiyanı dağıtmağa çalışıb. Xəsarət alanlar və saxlanılanlarla bağlı məlumat yoxdur.