Miladdan əvvəl bolluq və məhsuldarlığın rəmzi hesab edilən “Ana Tanrıça Kybele" heykəli 60 ildən sonra Türkiyəyə gətirilib.

Unikal.org xəbər verir ki, 1960-70-ci illərdə qanunsuz yollarla Türkiyədən İsrailə qaçırılan tarixi əsər burada bir İsrail vətəndaşı tərəfindən satın alınıb.

Əsərin 2016-cı ildə ABŞ-a aparılması üçün hüquq- mühafizə orqanlarına müraciət olunub. Türkiyənin mədəniyyət və turizm, xarici İşlər nazirlikləri və Türkiyənin Nyu-Yorkdakı Səfirliyinin birgə işləri nəticəsində 1700 il yaşı olan heykəl ABŞ-dan Türkiyəyə qaytarılıb.

Heykəlin hazırlanmasında istifadə edilən mərmər tipinin tipoloji xüsusiyyətləri onun Anadolu mənşəli olduğunu göstərir. İstanbul Arxeoloji Muzeyində sərgilənəcək əsərin sonra Afyonkarahisar vilayətində yeni hazırlanan muzeyə aparılması planlaşdırılır.