Belarus müxalifətinin lideri, prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya öz səhvindən danışıb.

Unikal.org xəbər verir ki, Svetlana Tixanovskaya "New Yorker" nəşrinə müsahibə verərkən səhvini etiraf edib.

"Mən adi insan olanda elə düşünürdüm ki, Qərb bizə çox yaxındır və böyükdür. Onun liderləri elə güclüdür ki, nə istəsələr, edə bilərlər. Amma indi başa düşürəm ki, səhv etmişəm. Onlar hətta narahtlıqlarını ifadə etsələr də, sizinlə həmrəy olduqlarını göstərsələr də, heç nə edə bilmirlər", - deyə Tixanovskaya bildirib.