Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanla müxalif Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanın görüşəcəyi barədə məlumatlar yayılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, artıq iki siyasi qüvvə arasında texniki məsələlər və görüş təşkilinin detalları müzakirə olunur. Nikol Paşinyanın erkən seçkilər anonsu verdikdən sonra müxalifəti parçalamaq üçün Qaqaik Tsarukyanla əməkdaşlıq etmək istədiyi bildirilir. Tsarukyanın Paşinyanın təklif etdiyi modellə seçkilərin keçirilməsinə razılıq verəcəyi və iştirak edəcəyi təqdirdə parlamentdə daha güclü fraksiya və hökumətdə bir neçə nazir postu əldə edəcəyi deyilir.

Tsarukyanın hansı qərara gələcəyi və Paşinyanla, yoxsa birləşmiş müxalifətlə əməkdaşlıq edəcəyi hələ bilinmir. Bu görüşün siyasi ittifaqın müzakirəsinə və şərtlərin qərarlaşdırılmasına həsr olunacağı gözlənilir.