Ukrayna Yazıçılar Birliyi erməni müəlliflərin nəşr etməkdən imtina edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlamada məlumat verilib. Ukrayna Yazıçılar Birliyi BMT-də baş tutan səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünü tanımayan, Krımın Ukrayna ərazisi olduğunu tanımayan və bunun əleyhinə səs verən bütün ölkələrdən olan müəlliflərin nəşrini dayandırdığını açıqlayıb. Bununla bağlı təşkilatın rəsmi qərarı da artıq mövcuddur.

Qərara əsasən, Ermənistanla yanaşı, Rusiya, Belarus, Qırğızıstan, Serbiya və digər ölkələrin də müəlliflərinin nəşri dayandırılıb.