Pakistan və Çin ortaq hərbi təyyarə istehsalına başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu hərbi təyyarələr müasir standartlara cavab verən yüksək döyüş qabiliyyətinə malikdirlər. Artıq təlim-sınaq uçuşları da başa çatdırılıb. Nəticələr uğurlu olub. İlkin olaraq 14 hərbi təyyarənin istehsalı yükunlaşıb və istifadəyə tam hazırdır.

Pakistan Hərbi Hava Qüvvələri bu növ hərbi təyyarələrdən arsenalına əlavə edəcəyini açıqlayıb. İlk istehsal olunan həmin 14 nümunə də artıq arsenala əlavə olunub.