"Microsoft"un qurucusu Bill Qeytsin İngiltərənin çoxmillətli aviasiya xidmətləri şirkəti olan "Signature Aviation"ı almaq üçün bir razılığa gəldiyi ifadə edilib.
Unikal.org xəbər verir ki, Qeyts aviasiya xidmətləri şirkətini almaq üçün 4.3 milyard dollar təklif edib.
Bill Qeytsin iqlim dəyişikliyi ilə bağlı açıqlamalarından sonra etdiyi hərəkət reaksiyalara səbəb olub. Araşdırmalar xüsusi bir reaktiv uçuşun sərnişin başına adi ticarət uçuşlarından 40 qat daha çox karbon emissiyasına səbəb olduğunu göstərib.
Qeyd edək ki, Bill Qeytsin fevral ayında iqlim dəyişikliyinə dair bir kitabı nəşr edəcəyi də açıqlanıb.