Pakistanda matç zamanı ölüm hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, boksçular Məhəmməd Aslam və Məhəmməd Vali rinqdə üz-üzə gəliblər. Matç zamanı başından yumruq zərbəsi alan 33 yaşlı Aslam həyatını itirib. O, xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Matçın qanunsuz olduğu açıqlanıb və istintaq başladılıb.