BirKart 14 fevral – Sevgililər Günü münasibətilə yeni kampaniya keçirir. Şərtlərə görə BirKart sahibləri gül, şirniyyat, parfümeriya, kosmetika, hədiyyə və aksesuar mağazalarında, həmçinin kafe və restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar.
Bankdan Unikal.org-a verilən məlumata görə, kampaniya həm birdəfəlik, həm də taksit ödənişlərinə şamil olunur.
Belə ki, BirKart taksit və BirKart cashback sahibləri 5% keşbek, BirKart miles sahibləri 3 qat mil, BirKart Umico sahibləri isə 5% Umico bonusları qazanacaqlar. Kampaniya 10-14 fevral 2021-ci il tarixlərində, ümumilikdə 5 gün müddətində keçiriləcək. BirKart debet və BirKart kredit kartsahibləri, hər bir kart üzrə kampaniyadan 6 dəfə yararlana biləcəklər. Ətraflı məlumat üçün – https://kbl.az/bksgk .
Qeyd edək ki, BirKart-ın4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbekvə Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.