Ermənistanda seçki siyahılarının formalaşdırılması mərhələsində siyasi müttəfiqlər arasında narazılıq hökm sürür.

Unikal.org  xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, xüsusən, sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsiyanın "Vətən" partiyası tərəfindən yaradılan "Şərəfim var" blokunda narazılıq özünü göstərir.

Belə ki, “Vətən”in bəzi üzvləri siyahının ilk iyirmiliyində olmadıqlarını biləndə təəccübləniblər. Siyahının birinci hissəsi üçüncü prezident Serj Sarkisyan və Nəzarət Xidmətinin keçmiş rəhbəri İşxan Zakaryan tərəfindən hazırlanıb.