Ermənistan müxalifəti hökumət binası qarşısında etiraz aksiyası keçirir.
Unikal.org xəbər verir ki, etirazçılar baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalanacağı barədə açıqlamasından sonra küçələrə axışıblar.
Mitinqin təşkilatçıları sözügedən sənədin bütün bəndlərinin dərc olunmasını tələb edirlər.
Xatırladaq ki, Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla müəyyən razılaşmaların əldə edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan razılaşacağı təqdirdə, tərəflər arasında sənəd imzalanacaq.