İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.

xxx

18:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.