Abşeron rayonunda ferma yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Pirəkəşkül qəsəbəsində ümumi sahəsi 500 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.