Şəki rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda baş verib.
Belə ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə, Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.