“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, “AEK Arena”ya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıb.
Oyunboyu “Qarabağ”ın texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirən fanatlar 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra bunu daha da artırıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.
Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb.