Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Müdafiə naziri məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.