"Ermənistanın bu  gün "Artsax qondarma respublikası"nı müstəqilliyini qeyd etməsi siyasi  məsələdir. Biz buna hərbi  cavab da verə bilərik.  Lakin  iki gün öncə  səslənən Müdafiə Nazirliyinin qoşun rəhbərlərinə  verdiyi  tapşırıqdan belə bəlli olurdu ki,  Ermənistanın təxribatlarına, o cümlədən,  Rusiya  sülhməramlıların  müvəqqəti yerləşdiyi  ərazidən baş verə  biləcək istənilən təxribatlara adekvat cavab verilməlidir". 

Bunu Unikal.org-a açıqlamasında hərbi  ekspert Ədalət Verdiyev deyib. O,  Ermənistanın təxribat oyunları  ilə məşğul olduğunu vurğulayıb:

"Hazırda  Ermənistanda keçirilən "Artsaxın müstəqillik günü"  belə  təxribatlardan biridir. Azərbaycan ərazilərinə,  Azərbaycanının razılığı  olmadan digər ölkə vətəndaşlarının girişini sülhməramlılar tərəfindən qarşısı  almalı idi. Bu kimi məsələlərdə  sülhməramlılar yenə də boşluğa,  məsuliyyətsizliyə  yol veriblərsə o zaman Azərbaycan bu tədbirin baş tutmaması üçün əlində  olan bütün imkan  və  vasitələrdən istifadə  etməlidir.  25 min insanın nə "müstəqllik günü" olacaq?". Özlərini bir qədər  sakitləşdirmək üçün "bu məsələ həll olunmayıb", "status  məsələsi  hələ  qabaqdadır" mesajını vermək məqsədi  daşıyır.  Rusiyanın məsuliyyətsizliyi  bu proseslərə  təkan verir. Əslində  Rusiya sülhməramlıları  onları geri qaytarsa,  nə  bu  tədbir  olacaq,  nə  də Ermənistan özünü  olduğundan böyük görəcək. Bu tədbirin keçirilməsi daxili auditoriyanı sakitləşdirməq  məqsədi  daşıyır. Azərbaycan isə gələcəkdə  bu  tədbirlərin birdədəlik olaraq keçirilməsinə  nöqtə qoymaq məqsədi ilə  bəlli addımlar atacaq.  Ya o  deputatlar ordan çıxmamalıdır,  orda da qalmalıdır,  ya da onlardan birinin alnında deşik açmaq lazımdır. Kiçik, noxud boyda...Buna da bizim imkan və  vasitələrimiz yetərincədir. Ondan sonra belə  bir  tədbir keçirməyə  risk etməyəcəklər.  Qondarma 30 illiyini qeyd edən  ermənilərin rəhbərləri hardadır?  Niyə tədbirdə  iştirak etmirlər?  29-cu  il dönümünü atəşfəşanlıqla qeyd edən Nikol  getməyib, məzuniyyətə  çıxıb. İndi  özləri  getməsə də, müxalif deputatları  göndəriblər".

Gülayə  Mecid